Donbasın 61 mindən çox sakini Rusiyaya gəlib
21 Fevral 2022 10:52 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, DXR və LPR-nin 61 minə yaxın sakini Rusiyaya gəlib.
Bu barədə fevralın 21-də mediaya açıqlamasında Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan bildirib.
"Bir gecədə aparılan işlərin nəticələrinə görə, Rusiyaya gələn Donbass sakinlərinin sayı 61 min nəfərə çatıb.
Çupriyayan bildirib ki, Rusiyaya təxliyə edilən 1000-dən çox Donbas sakini 10 min rubl məbləğində ödənişlər alıb.
"Biz ödənişlərin və bu ödənişlər üçün hazırlanan sənədlərin sayını artırırıq. Bizə 4000-ə yaxın müraciət daxil olub, 1000-dən çox şəxs ödəniş alıb. Əminəm ki, yaxın gələcəkdə bu rəqəm xeyli artacaq"
Çupriyanın sözlərinə görə, Rusiya Federasiyasına gələn az sayda Donbass sakinlərində kovid üçün pozitiv testlər aşkarlanıb, onların sayı iyirmidən azdır.