Qazaxıstanda iğtişaşlara görə keçmiş müdafiə naziri saxlanılıb
21 Fevral 2022 10:44 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir kİ, Qazaxıstan Baş Prokurorluğunun əməkdaşları yanvar iğtişaşları zamanı hərəkətsizlikdə şübhəli bilinən ölkənin keçmiş müdafiə naziri Murat Bektanovu saxlayıb.
Bu barədə fevralın 21-də Qazaxıstan nəzarət orqanının mətbuat xidməti məlumat yayıb.
"Fevralın 19-da Baş Prokurorluq sabiq müdafiə naziri Bektanov Murat Karibayeviçin xidmətində hərəkətsizlik faktı ilə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 452-ci maddəsi ilə cinayət işi üzrə ibtidai istintaqa başlayıb. Fevralın 20-də Bektanov cinayəti törətməkdə şübhəli bilindiyi üçün saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib", - məlumatda deyilir.
Xatırladaq ki, Yanvarın 11-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökuməti təsdiqləyib. Bektanov daha sonra vəzifəsini qoruyub, lakin yanvarın 19-da onu Ruslan Jaksylykov əvəzləyib. Bu qərarı izah edən dövlət başçısı bildirib ki, son dərəcə qeyri-müəyyənlik və rəhbərliyin təşəbbüskar olmaması səbəbindən yanvar hadisələri zamanı ordu qarşıya qoyulan tapşırıqları yerinə yetirməyib, nazir komandanlıq keyfiyyətləri nümayiş etdirməyib.