Bu ölkədə fövqəladə vəziyyət ləğv edilir

Slovakiya hökuməti ötən ilin noyabrın 25-də koronavirusa görə respublikada tətbiq edilmiş fövqəladə vəziyyəti fevralın 22-dən ləğv etməyi planlaşdırır.
Olaylar.az xəbər verir ki, Slovakiyada əksər sosial məhdudiyyətlər fevralın 28-dən ləğv ediləcək. Bu barədə respublikanın baş naziri Eduard Heqer məlumat verib.
Fevralın 28-dən sonra ölkədə yalnız kütləvi tədbirlərdə iştirak edənlərin sayına məhdudiyyətlər və tibbi maska taxmaq öhdəliyi tətbiq ediləcək. Martın sonunda kütləvi tədbirlərdə iştirakçıların sayına qoyulan məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31