Rusiyada sabiq nazir müavininin meyiti tapıldı
20 Fevral 2022 23:39 DünyaRusiyanın sabiq ədliyyə nazirinin müavini Vladimir Yaluninin meyiti tapılıb.
Olaylar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş məmurun meyiti buz bağlamış çayda aşkarlanıb.
Xilasedicilər keçmiş nazir müavininin cansız bədənini buzun üzərindən yıxıldığı yerdən 10 kilometr aralıda tapıb.
Qeyd edək ki, Yalunin fevralın 5-i axşam saatlarında Kozino yaxınlığındakı kilsəyə gedib, lakin evə qayıtmayıb. 70 yaşlı V.Yalunin 2004-2006-cı illərdə Rusiya ədliyyə nazirinin müavini vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31