Ukrayna itkilərini açıqladı - Rusiya qadağan olunmuş silah atdı
20 Fevral 2022 20:52 DünyaUkrayna Müdafiə Nazirliyi ötən gecə Rusiyanın münaqişə bölgəsində atəşkəs rejimini 122 dəfə pozduğunu açıqlayıb.
Olaylar.az xəbər verir ki, hücumun Minsk razılaşmalarına əsasən qadağan olunmuş silahlarla həyata keçirildiyi bildirilir.
"Rusiya 152 millimetr və 122 millimetrlik artilleriya sistemlərindən, 120 millimetr və 82 millimetrlik minaatanlardan, müxtəlif sistemli qumbaraatanlardan, tank silahlarından və iriçaplı pulemyotlardan istifadə edib. Bundan əlavə, Rusiyanın pilotsuz uçuş aparatlarının 3 uçuşu qeydə alınıb", - məlumatda deyilir.
Açıqlamada Ukrayna ordusunun mülki əhaliyə və mülki yaşayış məntəqələrinə atəş açmadığı, bombardmanlar nəticəsində 2 Ukrayna əsgərinin həlak olduğu, 4 hərbçinin isə yaralandığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31