Rusiya və Gürcüstan nümayəndələri "3+3" platformasını müzakirə edəcəklər
19 Fevral 2022 23:28 DünyaRusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasin Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə görüşmək niyyətində olduğunu bildirib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
Q.Karasin görüşün martın ortalarında keçirilə biləcəyini deyib. Onun sözlərinə görə, tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən "3+3"platformasının perspektivlərini müzakirə edəcəklər.
"Əsasən ikitərəfli əlaqələrə dair fikri mübadiləsi aparacağıq. Bura uçuşların bərpası, vətəndaşların səfərləri, viza problemləri də daxildir", - o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31