Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putini görüşə dəvət etdi
19 Fevral 2022 21:23 DünyaUkrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini görüşə dəvət edib.
Olaylar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Rusiya Federasiyasının prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm", - deyə Zelenski Münhen konfransında jurnalistin Putinin Ukrayna ilə bağlı niyyətlərini necə şərh etdiyi ilə bağlı sualını cavablandırarkən deyib.
Həmçinin konfrans zamanı Ukrayna rəhbəri Budapeşt Memorandumunda iştirak edən ölkələrin sammitinin çağırılmasına göstəriş verdiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31