Conson Rusiya oliqarxlarını hədələdi: "Londondakı kapitalını ala bilməyəcəklər"

"Rusiya qonşu ölkəni işğal edərsə, o zaman biz ayrı-ayrı şəxslərə və Rusiya üçün strateji əhəmiyyətli müəssisələrə qarşı sanksiyalar tətbiq edəcəyik. Onların London kapital bazarlarından vəsait almasını qeyri- mümkün edəcəyik. Sonra "Matryoşka"ları açacağıq. Yəni Rusiya şirkətləri və dövlət korporasiyalarını. Bunu edəcəyik ki, maliyyə baxımından onların arxasında duranların məsuliyyətini müəyyən edək".

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Britaniya baş naziri B.Conson Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirib. O, Böyük Britaniya və onun müttəfiqlərinin hərbi imkanlarını daha da gücləndirəcəklərini deyib: "Əgər prezident Putin NATO-nu geri çəkilməyə, qorxutmağa məcbur edə biləcəyini düşünürsə, o zaman hər şeyin tərsinə olacağına əmin olacaq. Biz artıq NATO-nun şərq cinahında müdafiəmizi gücləndiririk. Polşa və Estoniyadakı hərbçilərin sayı artırılıb. NATO ölkələrinin gəmiləri Aralıq və Qara dənizlərdə hərəkət edir. İstənilən fövqəladə vəziyyətə cavab verməyə hazırıq".

Eyni zamanda Conson bildirib ki, hazırda Rusiyanın Ukrayna ilə bağlı planlarının nə olduğunu bilmir: "Prezident Putinin nə edəcəyini bilmirik. Müşahidə olunan əlamətlər qorxuncdur. Biz böhranın uzana biləcəyinə hazır olmalıyıq. Mən Kremli gərginliyi azaltmağa, qoşunları geri çəkməyə çağırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31