Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin tələbini qınayıb

Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrinin Kiyevə maliyyə ayırması ilə yanaşı, ölkədə müəyyən islahatların aparılmasını tələb etməsindən narahat olduğunu bildirib.

Olaylar.az "Ukraina-24"ə istinadən xəbər verir ki, o, bunu şənbə günü Münhen Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

"Bizə qeyd-şərtsiz pul verin. Nə üçün hər dəfə bizə bu və ya digər məbləğ veriləndə bir, iki, üç, dörd, beş, yeddi, səkkiz, on islahat aparılmalıdır? Qulaq asın, hələ müharibə var. Dünyada şərqində belə güclü ordusu olan və islahatlar aparan digər bir ölkə var? Bütün bunlar asan deyil", - deyə Ukrayna Prezidenti qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31