İran Prezidenti İbrahim Rəisi Emmanuel Makron arasinda telefon danışığı olub

İran Prezidenti İbrahim Rəisi ilə Fransa Prezidenti Emmanuel Makron telefon danışığı olub.

Olaylar.az bildirir ki, telefon danışığında iki ölkə prezidenti Vyanadakı nüvə müzakirələrindəki son durumu müzakirə edib.

Makron deyib ki, müzakirələrdə yaxşı irəliləyiş əldə olunub: "Ümid edirik, müzakirələr tez bir zamanda nəticə verəcək".

Öz növbəsində Rəisi qeyd edib ki, Vyanada əldə olunacaq razılıq İran əleyhinə sanksiyaların ləğvi, etibarlı zəmanət və İrana qarşı siyasi iddialara son qoymağı özündə əks etdirməlidir.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31