Ukrayna prezidenti Vladimir Zelenski sammitin çağırılmasını təklif edib
19 Fevral 2022 20:22 DünyaUkrayna prezidenti Vladimir Zelenski yaxın həftələrdə Ukrayna, Almaniya və Türkiyənin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sammitinin çağırılmasını təklif edib.
Olayar.az xəbər verir ki, o bu təkliflə Münhen Təhlükəsizlik Konfransındakı nitqində çıxış edib.
Dövlət başçısı bildirib ki, Ukrayna Budapeşt Memorandumunun qarant dövlətləri ilə məsləhətləşmələrə başlayacaq.
"2014-cü ildən bəri Ukrayna üç dəfə Budapeşt Memorandumunun qarant dövlətlərinin məsləhətləşmələrini çağırmaq üçün cəhd edib və bunların üçüdə uğursuz olub.
Bu gün Ukrayna bunu dördüncü dəfə, mən isə prezident kimi ilk dəfə edirəm. Ancaq Ukrayna da, mən də bunu sonuncu dəfə edirik. Mən Budapeşt Memorandumu çərçivəsində məsləhətləşmələrə təşəbbüs edirəm. Bu məsələ Xarici İşlər Nazirinə tapşırılıb", - V. Zelenski bildirib.