NATO Kiyevdəki nümayəndəliyini təxliyə edir
19 Fevral 2022 19:21 DünyaNATO Kiyevdəki ofisini müvəqqəti bağlayır və əməkdaşlarını Brüssel və Polşa ilə sərhəddən təxminən 70 kilometr aralıda yerləşən Lvova təxliyə edir.
Olaylar.az bildirir ki, bu barədə Norveçin "Verdens Gang" qəzetinə Alyansın mətbuat xidmətindən məlumat verilib.
"NATO və ona üzv dövlətlər vəziyyəti çox diqqətlə izləyir və qiymətləndirir və bütün lazımi tədbirləri görür. Əməkdaşlarımızın təhlükəsizliyi yüksək prioritetdir, buna görə də işçilər indi Lvov və Brüsselə köçürülüblər. Beləliklə, NATO-nun Ukraynadakı ofisləri hələ də fəaliyyət göstərir", - NATO sözçüsü nəşrə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31