Gürcüstanda COVID-19-dan ölənlərin sayı açıqlanıb
19 Fevral 2022 18:52 DünyaGürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 13 288 yoluxma halı qeydə alınıb, 51 nəfər ölüb.
Olaylar.az bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 539 493, ölənlərin sayı isə 15 822 nəfərə çatıb. Virusa yoluxanlardan 1 369 764 nəfərin sağaldığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31