6 mindən çox insan DXR-dən təxliyə edilib
19 Fevral 2022 12:29 DünyaDonetsk Xalq Respublikasından (DXR) 6,6 min insan təxliyə edilib.
Olaylar.az xəbər verir ki, bu barədə DXR Fövqəladə Hallar Nazirliyinin bəyanatında qeyd olunub.
"Təxliyə edilənlərin sayı 6 603 nəfər olub ki, onlardan 2 436 nəfəri uşaqdır", - məlumatda deyilir.
DXR əlavə edib ki, Uspenka, Marinovka, Ulyanovsk və Novoazovsk keçid məntəqələrində qaçqınlar üçün həyat təminatı məntəqələrinin yerləşdirilməsi başa çatıb. Burada isti yemək verilir, əhaliyə psixoloji və tibbi yardım göstərən həkimlər də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31