Baydendən Ukraynaya dəstəklə bağlı açıqlama

ABŞ Prezidenti Co Bayden münaqişə kəskinləşərsə, Birləşmiş Ştatlar öz qoşunlarını Ukraynaya döyüşmək üçün göndərməyəcəyini təsdiqləyib.

Olaylar.az xəbər verir ki, o, bu barədə Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı Ağ Evdə çıxış edərkən bildirib.

"Biz qoşunlarımızı Ukraynaya döyüşmək üçün göndərməyəcəyik, lakin biz Ukraynanı və onun xalqını dəstəkləməyə davam edəcəyik", - deyə bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ-ın indiki administrasiyası artıq Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün rekord dəstək verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31