DXR rəhbəri ümumi səfərbərlik elan edib

Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin ümumi səfərbərlik elan edib.

Olaylar.az xəbər verir ki, o, ehtiyatda olan vətəndaşları hərbi komissarlığa gəlməyə çağırıb.

"Bu gün mən ümumi səfərbərlik haqqında fərman imzaladım. Mən respublikanın əlində silah tutmağı bacaran bütün kişilərinə müraciət edirəm, ailələrinin, övladlarının, arvadlarının, analarının müdafiəsinə qalxsınlar" - deyə, Puşilin Telegram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

Puşilinin ümumi səfərbərlik haqqında fərmanı DXR Xalq Şurası tərəfindən təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31