Kiyev Donbassda sükut rejimini bərpa etməyə hazırdır

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, Kiyev Donbassda atəşkəsin bərpası üçün lazım olan hər şeyi etməyə hazırdır.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Vereşçuk sabah üçtərəfli təmas qrupunun görüşünün keçirilməsinə ümid etdiyini deyib: 

"Ümid edirik ki, belə bir görüş sabah baş tutacaq. Biz işləməyə hazırıq, dialoqa hazırıq, atəşkəsin davam etməsi, atəşkəs rejiminin bərpa olunması üçün hər şeyi etməyə hazırıq", - baş nazirin müavini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31