“Polşaya on minlərlə qaçqın gələ bilər” – ABŞ müdafiə naziri

ABŞ müdafiə naziri Lloyd Ostin Ukrayna ilə bağlı böhranın kəskinləşməsi fonunda Avropaya yeni qaçqın axınının mümkünlüyü barədə xəbərdarlıq edib.

Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, Ostin bu bəyanatı bu gün Varşavada Polşa müdafiə naziri Mariuş Blaşak ilə görüşündən sonra səsləndirib: "Rusiya Ukraynaya hərbi müdaxilə etsə, on minlərlə ukraynalı müharibənin dəhşətlərindən qorunmaq üçün Polşaya gələ bilər".
Blaşak öz növbəsində, Polşanın Ukraynanı tərk etmək məcburiyyətində qalanlara yardım göstərməyə hazır olduğunu bildirib.
Ötən həftə Polşanın daxili işlər naziri Mariuş Kaminski də bildirmişdi ki, regional administrasiyalar qaçqınları qəbul etməyə və onları yerlərlə təchiz etməyə hazırlaşır.
Varşava səfəri çərçivəsində Ostin Polşa prezidenti Anjey Duda ilə də danışıqlar aparacaq, eyni zamanda Poznan yaxınlığında yerləşən ABŞ bazasına baş çəkəcək.
Blaşak amerikalı həmkarına bildirib ki, Polşada ABŞ hərbçilərinin mövcudluğunu yüksək qiymətləndirir: "Bu, potensial təcavüzkar üçün ən böyük çəkindirici amildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31