Donetskdə partlayış oldu, əhali Rusiyaya təxliyə edilir - VİDEO
18 Fevral 2022 21:03 DünyaDonetsk şəhərinin mərkəzində güclü partlayış baş verib.
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış yerli hökumət binasının bir neçə metrliyində olub. Daha sonra yanğın başlayıb. Qondarma Donetsk Xalq Respublikasının polisi faktı təsdiqləyərək avtomobilin partladıldığını açıqlayıb.
Separatçı rejimin rəhbəri Denis Puşilin bildirib ki, Ukraynanın işğalı təhlükəsi ilə əlaqədar cümə günündən əhalinin Rusiyaya kütləvi təxliyəsi təşkil edilib. Əvvəlcə qadınlar, uşaqlar və qocalar təxliyə olunur. Şəhərin hər bir rayonunda insanların avtobus gözləyəcəyi məntəqələr ayrılıb.
Bundan əlavə, Donbassda mülki müdafiə sirenləri işə düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31