Braziliyada təbii fəlakət qurbanlarının sayı dayanmadan artır
18 Fevral 2022 12:08 DünyaBraziliyanın Rio-de-Janeyro ştatının Petropolis şəhərində güclü yağışlar nəticəsində ölənlərin sayı 104-ə çatıb. Onlardan səkkizi uşaqdır. Olaylar.az xəbər verir ki, daha əvvəl 94 nəfərin öldüyü bildirilib. 50-dən çox ev dağılıb.Bundan əvvəl mülki müdafiə xidmətlərinin 24 nəfəri xilas edə bildiyi barədə məlumat verilmişdi. 35 nəfər itkin düşüb. Çərşənbə axşamı yağan güclü yağış torpaq sürüşmələrinə və daşqınlara səbəb olub.Rio-de-Janeyro qubernatoru Klaudio Kastro bölgəyə yağan yağışın 1932-ci ildən bəri ən güclü yağış olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31