Emmanuel Makron Çin lideri ilə görüşüb – Ukraynada vəziyyəti müzakirə ediblər
16 Fevral 2022 23:02 DünyaFransa prezidenti Emmanuel Makron bu gün Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
"Tərəflər siyasi nizamlanma yolu ilə getməli, Normandiya formatının çoxtərəfli mexanizmindən tam istifadə etməli, dialoq və məsləhətləşmələr yolu ilə Ukrayna probleminin hərtərəfli həlli yolunu tapmalıdır", - deyə Çin lideri bildirib.
Yelisey sarayının bəyanatında isə deyilir ki, prezidentlər gərginliyin azaldılması və Rusiya-Ukrayna böhranının dialoq yolu ilə həlli istiqamətində səylərin davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.
Eyni zamanda, Fransa prezidenti görüşdə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini xatırladıb.