“Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarıldığını görmürük” - ABŞ Dövlət katibi
16 Fevral 2022 19:43 Dünya"ABŞ Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddən çıxarılmasını hələ də hiss etməyib".
Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İCTV-yə müsahibəsində deyib.
"Biz hələlik Rusiya qüvvələrinin Ukrayna ilə sərhəddən geri çəkilməsini müşahidə etmirik", - deyə Blinken bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Ukrayna yaxınlığında yerləşdirilən Rusiya hərbçilərinin bir hissəsinin öz bazalarına qayıtdıqlarını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31