Mövlud Çavuşoğlu Sergey Lavrovla danışdı: Ukrayna müzakirəsi...
16 Fevral 2022 19:31 DünyaTürkiyə xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
XİN başçıları Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı son vəziyyəti müzakirə ediblər.
Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında keçiriləcək iclaslara ev sahibliyi edə biləcəyini vurğulayıb.
Lavrov isə türkiyəli həmkarına təşəkkürünü bildirərək, 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak edəcəyini söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31