Tanınmış müğənni doğma qohumunun ölüm xəbərini jurnalistdən eşitdi

"Diva" ləqəbi ilə tanınan tanınmış müğənni Bülənt Ərsoy bibisinin ölüm xəbərini jurnalistlərdən eşidib.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, müğənninin koronavirusa yoluxan 99 yaşlı bibisi İsmet Erkoç Soytürk dünyasını dəyişib. Bibisinin ölüm xəbərini jurnalistlərdən öyrənən Ərsoy baş verənlərə təəccüblənib.

Ötən axşam bir məkanda dostları ilə nahar edən Bülənt Ərsoy restorantdan çıxarkən jurnalistlər ilə söhbət edib. 5 gün əvvəl dünyasını dəyişən bibisinin ölüm xəbərini jurnalistlərdən öyrənən Ərsoy şoka düşüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31