Krımda təlimləri başa vuran Rusiya hərbçiləri geri qayıdır - VİDEO
16 Fevral 2022 12:50 DünyaKrımda təlimləri başa vuran Rusiyanın Cənub Hərbi dairəsinin bölmələri daimi dislokasiya məntəqələrinə qayıdıb.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbi texnikanın qaytarılmasına dair videogörüntülər paylaşıb.
Kadrlardan hərbi texnika yüklənmiş qatarın Krım körpüsü üzərində hərəkət etdiyini görmək mümkündür.
Dəmir yolu nəqliyyatı ilə tanklar, piyadaların döyüş maşınları və özüyeriyən artilleriya qurğuları geri göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31