Çin ABŞ-ı Ukrayna haqqında dezinformasiya yaymağı dayandırmağa çağırıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Venbin ABŞ-ı Ukrayna haqqında dezinformasiya yaymamağa çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin çərşənbə günü keçirdiyi brifinqdə deyib ki, ABŞ-ın müharibə təhlükəsi Ukraynanın iqtisadiyyatına və sosial sabitliyinə zərbə vurub və Çin dezinformasiyanın yayılmasının dayandırılacağına ümid edir.

"Son bir neçə gündə ABŞ müharibə təhlükəsini artırıb və gərginlik yaradıb ki, bu da Ukraynada iqtisadiyyata, sosial sabitliyə və insanların həyatına ciddi zərbə olub", -deyə diplomat bildirib. O, həmçinin qeyd edib ki, ABŞ-ın bu cür hərəkətləri müvafiq tərəflər arasında çəkişmələri artırıb və bu, dialoq və danışıqların gedişinə mane olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31