Bu okeanda 5.7 bal gücündə zəlzələ baş verdi
16 Fevral 2022 11:51 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 16-da Atlantik okeanında Portuqaliya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.Hesablamalara görə, fəlakətin episentri Portuqaliyanın Madeyra arxipelaqının ən böyük yaşayış məntəqəsi olan Funşal şəhərindən (əhali təxminən 100 min nəfər) 24 km cənub-şərqdə yerləşib. Mənbə 10 km dərinlikdə yerləşirdi. Sunami təhlükəsi, dağıntı və tələfat barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31