Dəhşətli daşqın nəticəsində 6 nəfər öldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliyanın Petropolis şəhərində təsirli olan yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. 6 nəfər ölüb, itkin düşən 3 nəfərin axtarışına başlanılıb.

Braziliyanın Regional İnkişaf Naziri Rogerio Marinho, Rio-de-Janeyronun dağlıq bölgəsindəki Petropolis şəhərində güclü yağışların çayların daşmasına səbəb olduğunu, 6 nəfərin öldüyünü, 52 nöqtədə torpaq sürüşməsinin baş verdiyini açıqlayıb.

Yerli idarəçilərlə təmasda olduqlarını bildirən Marinyo seldən zərər çəkmiş, riskli ərazilərdə yaşayan və evsiz qalan insanlara kömək edəcəklərini bildirib.

Braziliya mətbuatında yer alan xəbərdə bütün fevralda yağması gözlənilən yağıntının 6 saatda düşdüyü bildirilib.

Sürüşmə baş verən ərazilərdə itkin düşən 3 nəfərin axtarışına 120-dən çox yanğınsöndürən-xilasedicinin iştirakı ilə başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31