Almaniya kansleri Kremlin qələmindən imtina edib
15 Fevral 2022 21:16 DünyaAlmaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi mətbuat konfransında qeydlər aparmaq üçün təklif olunan qələmdən istifadə etmək istəməyib.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin çıxışı zamanı Şolts tədbirin protokolları ilə hazırlanmış və əvvəlcədən tribunaya qoyulmuş qara qələmi götürüb, qapağını açıb, sonra isə onu geri qoyub. Əvəzində pencəyinin daxili cibindən ağ qələm çıxarıb.
Kremlə gəlməzdən əvvəl Şolts Fransa lideri Emmanuel Makron koronavirus testindən keçməkdən imtina edib.
Rusiya prezidentinin Almaniya kansleri ilə görüşü bu gün Kremldə baş tutub. Təxminən üç saat davam edən görüşdə iki ölkə liderləri iqtisadi və enerji məsələlərini, həmçinin Ukraynadakı vəziyyəti və Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə Qərbin reaksiyasını müzakirə ediblər.