“Putin hakimiyyətdə əbədi qalmayacaq” – Almaniya kansleri
15 Fevral 2022 21:13 DünyaRusiya prezidenti Vladimir Putin dövlət başçısı postunda əbədi qalmayacaq.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Moskvada Putinlə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Şolts bu açıqlamanı Rusiya prezidentinin səlahiyyət müddəti barədə sualı cavablandırarkən verib.
"Putinin postunda nə qədər qalacağını bilmirəm. Bu, uzun çəkə bilər, amma əbədi olmayacaq", - Şolts bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31