Böhranı yalnız Türkiyə həll edə bilər: Açar türklərin əlindədir - AÇIQLAMA
15 Fevral 2022 19:24 Dünya"ABŞ Ukrayna böhranını dinc yolla həll etmək istəyirsə, Türkiyə ilə əməkdaşlıq etməlidir".
Olaylar.az xəbər verir ki, ABŞ Hava Qüvvələrinin keçmiş komandanı Ben Hodges belə açıqlama verib. O bildirib ki, Türkiyənin bölgədəki rolu, Qara dəniz və boğazlar üzərindəki təsiri bunu deməyə əsas verir. "Bölgənin açarı Türkiyədir" deyən keçmiş komandanın iddiasına görə, Rusiya Ukraynaya iki həftə ərzində müdaxilə edəcək: "İrimiqyaslı hücum olacağını hesab etmirəm. Qara dənizdən və Azov dənizindən müdaxilə olacağını güman edirəm".
kanal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31