Sərxoş təmizlik işçiləri gənc qıza təcavüz etdi
15 Fevral 2022 14:07 DünyaMoskvanın Veşnyaki rayonunda sərxoş vəziyyətdə olan iki təmizlikçi 28 yaşlı qıza təcavüz edib.
Olaylar.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından verilən məlumata istinadən RİA Novosti məlumat yayıb.
Məlumata sözlərinə görə, yoldan keçən şəxs sərxoş işçiləri və qışqıran qızı görüb. O, polisə müraciət edib. Daha sonra qız hüquq-mühafizə orqanlarının əməkdaşlarına təcavüzə məruz qaldığını bildirib.
"Bir müddət sonra bu cinayəti törətməkdə şübhəli bilinən yaxın xarici ölkələrdən birinin vətəndaşı olan iki nəfər saxlanılıb. Hər ikisi Moskvada Veşnyaki rayonunda təmizlikçi işləyir", - məlumatda deyilir.
Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31