Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 266 nəfər ölüb.Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 76 632 nəfər COVID-19 infeksiyasına yoluxub, 74 936 nəfər isə sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31