ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın XİN rəhbəri ilə danışdı
14 Fevral 2022 20:26 DünyaABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Telefon danışığı zamanı Blinken Rusiya və Ukrayna arasında gərginliyin azaldılması səylərinə dəstəyin ABŞ üçün prioritet olaraq qaldığını bildirib.
Həmçinin, ABŞ-ın Ukraynanın iqtisadi və maliyyə sabitliyini qorumaq öhdəliyindən bəhs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31