Zelenskinin bu sözləri Putinin hücum ƏMRİNİ tezləşdirə bilər: "NATO-ya üzv olacağıq və..."

V.Zelenski ölkəsinin NATO-ya üzv olmağı arzuladığını, bunun Ukraynanın təhlükəsizliyinin təminatı olacağını deyib:

"Bəziləri NATO-ya üzv olmamağın mümkün olmadığına eyham vurmağa çalışırlar, lakin rəsmi Kiyev seçdiyi yolla getməyə davam edəcək", - V.Zelenski bildirib.

V.Zelenski Qərb diplomatlarının Lvova təxliyəsi ilə bağlı da danışıb:

"Bəzi səfirliklərin Qərbi Ukraynaya köçməsi böyük səhvdir. Çünki Qərbi Ukrayna yoxdur, Ukrayna var, bütövdür.

Allah eləməsin, nəsə olsa, hər yerdə olacaq", - Ukrayna Prezidenti əlavə edib.
Prezident ailəsinin hazırda Kiyevdə olduğunu deyib: "Ailəm həmişə mənimlədir".

gundem.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31