Vladimir Zelenski ailəsinin Kiyevi tərk etməyəcəyini deyib

Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin Kiyevdə qalacağını deyib.

Olaylar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Qərb diplomatlarının və yerli biznesmenlərin Rusiyanın Ukraynaya ehtimal olunan hücumu fonunda belə açıqlama verib. Zelenski ölkəni tərk edən deputatları da geri dönməyə çağırıb.

Xatırladaq ki, bu gün Almaniya Kansleri Olaf Şolts Kiyevə səfəri çərivəsində Prezident Vladimir Zelenski ilə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31