ABŞ-da bıçaqlı şəxs əhaliyə hücum edib
14 Fevral 2022 16:24 DünyaABŞ-ın Nyu-Meksiko ştatında bıçaqlı şəxsin hücumu nəticəsində 11 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə ştatın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə Albukerke şəhərində baş verib. Cinayətkar velosipedlə təkbaşına hərəkət edib. Polis onun ayrı-ayrı rayonlarda hücumlar təşkil etməsini istisna etməyib.
Yaralılar xəstəxanaya çatdırılıb. Polis şübhəlinin saxlanıldığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31