Fransada güclü partlayış - Ölənlər var

Fransanın cənubundakı Sen-Loran-de-Salank şəhərində yaşayış binasının birinci mərtəbəsində yerləşən mağöazada partlayış baş verib.

Olaylar.az  xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər həlak olub. Ölənlərdən ikisi azyaşlıdır.

Bundan başqa, biri ağır olmaqla, dörd nəfər xəsarət alıb. Partlayış baş verən binadan 25 nəfər təxliyə olunub.

Partlayışdan sonra başlayan yanğın binada 11 mənzilə ziyan vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31