İmran Xandan ABŞ-a SƏRT XƏBƏRDARLIQ: Başqa yolunuz yoxdur
14 Fevral 2022 14:57 DünyaABŞ-ın Əfqanıstanda terrorizmə qarşı mübarizəsi ölkədə daha çox terrorçunun meydana gəlməsinə səbəb oldu.
Olaylar.az xəbər verir ki, bu barədə Pakistan Baş naziri İmran Xan deyib.
O bildirib ki, ABŞ bu yöndə fəaliyyəti ilə bağı amerikalılara yalan söyləyir:
"Kəndlərdə partlayan bombalar necə terrorçuları hədəfləyə bilər? ABŞ pilotsuz uçuş aparatları ilə bağlı siyasətinə yenidən nəzər yetirməlidir".
Pakistan baş naziri qeyd edib ki, Əfqanıstanda ölkəsi ABŞ-la birgə hərəkət etdiyinə görə intiqam xarakterli hücumlara məruz qalıb:
"Bütün ölkə ərazisində kamikadzelər var idi. 80 min insan itirdik".
İmran Xan onu da əlavə edib ki, Əfqanıstanda Talibanın alternativi yoxdur və Vaşinqtonun onlarla diplomatik münasibətlər qurması gərəkdir. / axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31