“Omikron”un iki yeni variantı müəyyən edilib

Polşada koronavirusun "Omikron" ştamının iki yeni variantı müəyyən edilib. Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Valdemar Kraska açıqlama verib. Onun sözlərinə görə, nazirlik hələlik bu alt variantların özlərini necə göstərəcəyi barədə məlumata malik deyil.
V.Kraska hesab edir ki, COVID insanların həyatını tərk etməyəcək, bu səbəbdən məsafənin saxlanması, dezinfeksiya, maska taxılması kimi müəyyən adətlər və şəxsi gigiyena qaydaları qorunmalıdır: "Bu, uzun müddət davam edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31