Bürc-Xəlifə Türkiyə bayrağının rənglərinə boyanıb
14 Fevral 2022 12:57 DünyaRəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gözlənilən səfəri öncəsi BƏƏ-nin ən hündür tikilisi olan "Bürc-Xəlifə" Türkiyə bayrağının rənglərinə boyanıb.
Olaylar.az xəbər verir ki, Türkiyə bayrağından əlavə tikilidə türk dilində "Hoş geldiniz" yazısı da qeyd olunub.
Qeyd edək ki, Türkiyə Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri fevralın 20-sinə planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31