Son 48 saat, yaxud müharibə olacaqmı?
14 Fevral 2022 11:41 Dünya"Ukrayna cəbhəsində hərbi toqquşma - müharibə olmayacaq. Savaş diplomatiya müstəvisində davam edir, mübarizənin hazırkı motivini isə ərazi mübahisəsi təşkil etmir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Nurlan Qələndərlinin sözlərinə görə, məsələ əlavə geoiqtisadi mənfəət, yaxud üstünlük qazanmaqdır: "Rusiya Avropanın enerji bazarında tam monopolistə çevrilməyə, ABŞ isə bir daşla iki quş vurmağa (həm Moskvanın təsir dairəsini zəiflətməyə, həm də "qoca qitə"ni təsir altına salmağa) çalışır. Yenidən güc mərkəzinə çevrilməyə cəhd edən Avropa isə II Dünya müharibəsindən sonrakı ən çətin - gərgin geostrateji situasiya ilə qarşı-qarşıyadır. Moskva ilə Vaşinqton arasında manevr imkanları məhdudlaş(dırıl)an Avropa İttifaqının taleyi öz əlində deyil. Bütün bunların fonunda atılan addımlar (vətəndaşların, diplomatların təxliyəsi, nüvə təhdidi və s.) pik həddə çatan psixoloji əməliyyat və siyasi-ideoloji qarşıdurmanın tərkib hissəsidir. Bir sözlə, müharibəyə 48 saat qalmır!"