ABŞ rəhbəri Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb

Bayden Zelenski ilə telefon danışığında ABŞ-ın Ukraynanın suverenliyinə sadiqliyini vurğulayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna Prezidenti Volidimir Zelenski arasında telefonda danışığına dair məlumatında bildirilir.
Qeyd edək ki, telefon danışığı Bakı vaxtı ilə saat 19:00-da başlayıb və 1 saata yaxın davam edib.
Bu, Zelenski ilə Bayden arasında ilin əvvəlindən bu günə kimi üçüncü telefon danışığıdır - prezidentlər yanvarın əvvəlində və sonunda da telefon danışığı aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31