Donald Trampın malikanəsində gizli sənədlər tapılıb
12 Fevral 2022 23:07 DünyaABŞ-ın Milli Arxivlər və Qeydlər İdarəsinin (NARA) ölkənin keçmiş Prezidenti Donald Trampın malikanəsi Mar-o-Laqodan götürdüyü sənədlər arasında "gizli" və "tam məxfi" qeydləri olan sənədlər tapılıb.
Olaylar.az bildirir ki, bundan əvvəl NARA rəsmilərinin Trampın Ağ Evdən çıxararaq Mar-o-Laqoya köçən eks-prezidentin malikanəsindən bir neçə qutu sənəd ələ keçiriblər. Sənədlərə Şimali Koreya lideri Kim Çen Inla yazışmalar və Barak Obamanın 2016-cı ildə varisinə göndərdiyi mesaj daxildir.
Qeyd edilir ki, bəzi sənədlər o qədər məxfidir ki, yalnız çox dar çərçivədə səlahiyyətli şəxslərin onlardan məlumatlı olmaq hüququ var. NARA-nın tələbi ilə ABŞ Ədliyyə Nazirliyi məsələyə baxacaq.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31