Rusiya ABŞ-a nota verdi
12 Fevral 2022 22:25 DünyaABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Hərbi attaşenin nazirliyə çağırılmasına səbəb Kuril arxipelaqına daxil olan Urup adasının yaxınlığında ABŞ Sakit Okean Donanması qüvvələrinin "Virciniya" tipli nüvə sualtı qayığının aşkar edilməsidir.
Sualtı qayığın ekipaj üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar. Rusiya Müdafiə Nazirliyi amerikalı attaşeyə etiraz notası təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31