"Yüksək inflyasiyanın təsirlərini aradan qaldırmağı hədəfləyirik" - Rəcəb Tayyib Ərdoğan

 

Türkiyədə ƏDV Sisteminin Sadələşdirilməsi Proqramı çərçivəsində əsas ərzaq məhsulları üzrə ƏDV 8 faizdən 1 faizə endirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə iqtisadiyyat modeli: Yeni addımlar və inflyasiya tədbirləri"nə dair videoformatda keçirilən toplantıda deyib.

Ötən ilin son aylarında valyuta məzənnələrində baş verən dalğalanmalara toxunan Prezident Ərdoğan bunun ölkə iqtisadiyyatının reallıqları ilə heç bir əlaqəsinin olmadığını bildirib.

"2022-ci ildə bu prosesdə ortaya çıxan yüksək inflyasiyanın təsirlərini böyük ölçüdə aradan qaldırmağı hədəfləyirik. İnflyasiya ilə mübarizə tam qətiyyət, inam və fədakarlıq tələb edir. Hökumət olaraq bununla bağlı addımlar atırıq", - Ərdoğan qeyd edib.

Tədbirdə çıxış edən xəzinə və maliyyə naziri Nurəddin Nəbati Türkiyə iqtisadiyyatının yeni modelinin sərmayə, məşğulluq, istehsal və ixrac olmaqla dörd əsas təməl üzərində qurulduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31