Kiyevdə “Ukrayna üçün birlik” yürüşü keçirilib – FOTO
12 Fevral 2022 20:26 DünyaKiyevin mərkəzində "Ukrayna üçün birlik" yürüşü keçirilir.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar Taras Şevçenko parkından Müstəqillik Meydanına (Maydan Nezalejnosti) doğru yürüş edirlər. Şevçenko parkına əllərində Ukrayna və müxtəlif partiyaların bayraqları olan bir neçə yüz etirazçı toplaşıb. Ukrayna himni səsləndirildikdən sonra onlar yürüşə başlayıblar.
Yüzə yaxın polis asayişi təmin edir.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31