Vəziyyəti dəyişə biləcək yeganə ölkə Türkiyədir: Ərdoğanın həmlələri həlledici ola bilər

"Türkiyənin Qara dəniz ətrafında yürütdüyü siyasət birgə əməkdaşlığa və ticarətin daha da güclənməsinə hesablanıb. Bu baxımdan Qara dəniz regionunda hər hansı hərbi və ya siyasi böhran NATO ölkələrindən ən çox Türkiyənin siyasi və iqtisadi maraqlarına ziyan vura bilər".

Olaylar.az xəbər verir ki, bu fikirləri türkiyəli siyasi şərhçi, professor Ragıp Kutay Karaca bildirib.

O, Rusiya ilə Ukrayna arasındaki siyasi böhranın həlli üçün Türkiyənin xüsusi rolundan bəhs edib:

"Hesab edirəm ki, Qərbdəki NATO ölkələri bu böhranın səngiməsində effektiv rol oynamayacaq. Çünki Kreml Qərb ölkələrinin mövqeyinə bələddir. Türkiyə isə regionda əməkdaşlıq etdiyi ölkələrlə risk amilini minimuma endirmək istəyir. Bu mənada Rusiya-Ukrayna böhranının həllində ən təsirli NATO ölkəsi Türkiyədir".

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31