Rusiyalı diplomatlar da Ukraynanı tərk etməyə başladı
12 Fevral 2022 11:34 DünyaRusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları bu ölkəni tərk edir.
Bu barədə "RİA -"Novosti" özünün informasiya mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna vətəndaşları bu ölkədəki rus diplomatları və konsulluq əməkdaşlarının Rusiyaya getməyə başladığını bildiriblər. Bununla əlaqədar Rusiya səfirliyi və konsulluğuna qəbula yazılmaqda da çətinliklər yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31