ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır
12 Fevral 2022 11:20 DünyaABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır.
"Assoşeyted Press"in verdiyi xəbərə görə, ABŞ rəsmiləri bildiriblər ki, Dövlət Departamenti bu gün səhər saatlarında bunu elan etməyi planlaşdırır.
Bildirilib ki, səfirliyin az sayda işçisi Kiyevdə qala bilər, lakin səfirlikdəki 200-ə yaxın amerikalının böyük əksəriyyəti Ukraynanın qərbinə, Polşa sərhədinə yaxın əraziyə köçürüləcək.
Dövlət Departamenti bu barədə şərh verməyib.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti səfirlik işçilərinin ailələrinin Ukraynanı tərk etməsi barədə xəbərdarlıq etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31